Son Xəbər: Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür, Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib, Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb,

İpoteka bazarında vəziyyət: faizlər, aylıq ödənişlər...

İpoteka bazarında vəziyyət: faizlər, aylıq ödənişlər...

Tarix: 12-01-2021, 12:53


2020-ci ilin 11 ayı ərzində dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 161,2 milyon manat ayrılıb.

Oxu.Az-ın Mərkəzi Bankın hesabatına əsasən verdiyi məlumata görə, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə (80 milyon manat) iki dəfə çoxdur.

Belə ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 228,7 milyon manat olub. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə (158,6 milyon manat) 44,2 faiz az olub.

Bu dövr ərzində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 138,1 milyon manat olub. Əvvəlki illə müqayisədə bu kreditlərin həcmi 1,6 dəfə azalıb.

11 ay ərzində Fondun yerləşdirilmiş istiqrazlarının həcmi 200 milyon manat təşkil edib. Əvvəlki illə müqayisədə bu, 50 milyon manat daha çox olub.  

Əlavə edək ki, ötən ilin dekabr ayına qədər müvəkkil kredit təşkilatları (MKT) tərəfindən verilən məbləğ 52 min 746 manatı təşkil edib.

İl ərzində faiz dərəcələrində dəyişiklik olub. Belə ki, yanvar ayında faiz dərəcəsi 6,43-dən başlayıb, avqust ayında faiz dərəcəsi 6,40-dan 6,39 faizə qədər azalıb. Sentyabr ayında faiz göstəricisi 6,38-ə enib, oktyabr və noyabr aylarında isə 6,36-a bərabər olub.

Aylıq ödənişlərin həcmi isə ilin sonunda, yəni, noyabr ayında 368,2 manat təşkil edib. İlin əvvəlindən sonuna qədər aylıq ödənişlərdə artım qeydə alınıb. Yanvar ayında aylıq ödənişin həcmi 355,8 manat təşkil edib. İlin sonuna qədər, yəni, noyabr ayında ödəniş cüzi artımlarla 368,2 manata bərabər olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR