Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Gəncədə gizli şagird hazırlaşdıran müəllim cəzalandırıldı

Gəncədə gizli şagird hazırlaşdıran müəllim cəzalandırıldı

Tarix: 14-01-2021, 13:16


Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində fərdi yaşayış evlərinin birində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən şəhər sakini Aqil Muxtarovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılmış, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. A.Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat miqdarında cərimə tətbiq edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR