Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Qarabağda nar bağları salınacaq

Qarabağda nar bağları salınacaq

Tarix: 19-01-2021, 19:15


Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Azərbaycanın işğaldan azad edilmiş rayonlarında nar bağlarının salınması barədə danışıb.

F.Qaraşov Oxu.Az-a açıqlamasında bildirib ki, assosiasiya həmin ərazilərdə bağların salınması ilə bağlı fəaliyyətə başlamaq arzusundadır:
“Erməni işğalından azad edilmiş Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarının ərazilərində narçılıq təsərrüfatının inkişafı üçün münbit şərait mövcuddur. Biz də həmin ərazilərdə gələcək fəaliyyətimizi qurmaq istəyirik. Bura minerallarla çox zəngin olan torpaqlardır. Sözügedən ərazilərdə sovet dövründə narçılıq təsərrüfatı olub”.

“Məqsədimiz odur ki, investorlar cəlb etməklə həmin ərazilərdə nar bağları salaq. Ölkə üzrə nar bağlarının sahəsi 22 700 hektardır. Yaxın 5 il ərzində də nar bağlarının sahəsini 5 min hektar artırmaq fikrindəyik”, - deyə sədr əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR