Son Xəbər: Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək, Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb, KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır, Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib, Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək, Mədəniyyət Nazirliyinin tabeliyindəki şirkətin rəhbərliyi dəyişib, KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb, Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb, DİN bayramda azad olunan ərazilərə səfərə çıxanlara müraciət edib - VİDEO, Rusiya Kiyevə və ətraf bölgəyə kütləvi hücumlar edib, xəsarət alanlar var,

Azərbaycanda sabiq vəzifəli şəxslərin qanunsuz hərəkətləri ifşa edildi - RƏSMİ

Azərbaycanda sabiq vəzifəli şəxslərin qanunsuz hərəkətləri ifşa edildi - RƏSMİ

Tarix: 22-01-2021, 11:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qusar rayon prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat edən və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilib. 
Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR