Son Xəbər: ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb, İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur, Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər, Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib, 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı, Rusiya onları beynəlxalq axtarışa verdi, Ötən ay dövlət sərhədini pozan 16 əcnəbi saxlanılıb, Rusiya ordusu Kiyevə zərbə endirib, Dnepr çayı üzərindəki əsas körpü vurulub, İsraildə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb, İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi,

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

Tarix: Dün, 17:40

 Artıq xizək sürmək üçün kilometrlərlə məsafə qət etməyə ehtiyac yoxdur. Paytaxtın tam mərkəzində fəaliyyətə başlayan "Ski Center Baku" bu unikal həzzi bir addımlığınıza gətirir!

Bakıda ilboyu xizək və snoubord üzrə məşq imkanı yaradan "Ski Center Baku" fəaliyyətə başlayıb.

Mərkəzin rəsmi açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi qonaqlar iştirak ediblər.

2800 dratmetr sahəni əhatə edən müasir mərkəzdə quraşdırılan 3 ədəd "MaxxTracks" məşq yamacı və "Olympus SkyTech" simulatoru sayəsində ilboyu xizək və snoubord sürmək artıq realdır.

- Hər kəs üçün əlçatandır: İstər yeni başlayan, istərsə də təcrübəli xizəkçi və snoubordçu olun, ilboyu peşəkar məşqlər sizi gözləyir.

- Gələcəyin çempionları yetişir: Uşaqların və gənclərin qış idman növlərinə cəlb olunması əsas istiqamətlərdən biridir; məktəblilər üçün tanışlıq proqramları, məşq qrupları və məşqçi seminarlarının təşkili planlaşdırılır.

Azərbaycanda qış idman növləri üzrə məşq imkanlarını genişləndirmək və yeni idmançıların inkişafına şərait yaratmaq məqsədi daşıyan "Ski Center Baku"da yerinizi alın, yay-qış demədən əsl xizək həyəcanını yaşayın!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR