Son Xəbər: Qazaxda 33 yaşlı kişi bıçaqlanıb, Tramp seçkilərdə məğlubiyyətin əsas səbəbləri sırasında İranla müharibə və yanacaq qiymətlərini göstərib, BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib, Azərbaycan neftinin qiyməti 113 dollara düşüb, ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək, Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib, İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib, İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib, Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib, Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər,

BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tarix: Bugün, 10:06

 Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib.

Bildirilib ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır:

"Odur ki, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR