Son Xəbər: Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib, Həbs edilən direktorun yerinə yeni təyinat oldu, Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq, “Röya telefonu üzümə bağladı”, Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur, Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq, Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam, Sabah hava yağmursuz olacaq, Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ, Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər,

Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur

Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur

Tarix: Bugün, 15:45

 Azərbaycanda SSRİ dövründə tikilmiş kooperativ binaların təmiri dövlət büdcəsi hesabına həyata keçirilməlidir.

Bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Həmin binalar dövlətin balansında olmadığı üçün büdcədə yaşayış binalarının təmiri üçün nəzərdə tutulan 60 milyon manatlıq vəsaitdən istifadə edə bilmirlər. "Çıxış yolu kimi ya həmin binalar uçota alınaraq dövlətin balansına verilməli, ya da onların təmiri üçün birdəfəlik vəsait ayrılmalı, təmir edildikdən sonra isə binaların saxlanılması birbaşa sakinlərin öz öhdəliyinə verilməlidir", - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, ölkə Prezidentinin son çıxışlarında xaricdən daxil olan ideoloji təhlükə, onun əsas hədəfləri olan yeniyetmələrimiz və gənclərimizlə bağlı toxunduğu vacib məsələlər fonunda, ölkədə fəaliyyət göstərən 35 gənclər evinin bu çağırışlara adekvat cavab verməsi və fəaliyyətinin yenidən qurulması məqsədilə onlara ayrılan 5,3 milyon manatlıq illik büdcəyə yenidən baxılmalıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR