Son Xəbər: Fərid Qayıbov: "Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər", Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib, Putin: Çin və ABŞ liderləri ilə müzakirələr bir-birimizi daha yaxşı başa düşməyə imkan verib, Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq, Çin, Rusiya və ABŞ BMT-də islahatların aparılmasını dəstəkləyib - Birgə bəyannamə, Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib, Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü, Xəzərsahili qanunsuz obyektlər söküləcək?, Nərman Qocatürkün meyiti tapıldı, Sabah respublika üzrə pensiyalar tam ödəniləcək,

Çin, Rusiya və ABŞ BMT-də islahatların aparılmasını dəstəkləyib - Birgə bəyannamə

Çin, Rusiya və ABŞ BMT-də islahatların aparılmasını dəstəkləyib - Birgə bəyannamə

Tarix: Bugün, 15:20

 
Çin, Rusiya və ABŞ təşkilatın qlobal çağırışlara daha effektiv cavab verə bilməsi üçün BMT-də islahatların aparılmasını dəstəkləyiblər.

Bu barədə Şençjendə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən qəbul edilmiş Rusiya, Çin və ABŞ liderlərinin sülh haqqında Bəyannaməsində bildirilib.

"BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha səmərəli reaksiya verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki əsas missiyasına uyğun gəlməsi üçün təşkilatın islahatına sadiq olduqlarını ifadə ediblər", - Kreml Bəyannamədən çıxarışları təqdim edib.

Ümumilikdə bəyannamə 4 bənddən ibarətdir.

Bundan əlavə, üç dövlətin liderləri bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmaq barədə razılığa gəliblər, onlar sabit enerji tədarükünün vacibliyini təsdiqləyiblər.

Liderlər qeyd ediblər ki, dövlətlərin razılığı prinsipi və rəsmi şəxslərinin immunitetlərinə riayət olunması fundamental əhəmiyyət kəsb edir. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin və digər analoji strukturların səlahiyyətlərindən sui-istifadə etməməli olduğu ilə razılaşıblar.

Bundan başqa, liderlər təsdiqləyiblər ki, nüvə müharibəsində qaliblər ola bilməz və o, heç vaxt başladılmamalıdır. Bununla əlaqədar olaraq, üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahının yayılmasının qarşısının alınması üzrə dialoq aparacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR