Son Xəbər: Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib,

Gənclərin NƏZƏRİNƏ: SOCAR şirkəti Yay Təcrübə proqramına start verir

Gənclərin NƏZƏRİNƏ: SOCAR şirkəti Yay Təcrübə proqramına start verir

Tarix: 28-04-2021, 11:28


“SOCAR Polymer” 2021-ci ilin Yay Təcrübəsi proqramında iştirak etmək üçün ərizə qəbulunu elan edir.

Şirkətdən verilən məlumatda bildirilir ki, gənclər “SOCAR Polymer” şirkətinin Sumqayıt şəhərində yerləşən PP və YSPE zavodlarının istehsalat sahələrində və ya ofis məkanlarında təcrübə keçəcəklər.

Proqramın davam etdiyi 8 həftə ərzində təcrübəçilər ixtisaslı bir kollektivinin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. İstehsalat təcrübəsi və yay təcrübəsi proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir.

Bu proqramı istehsal əməliyyatları, mühəndislik, texnologiya, SƏTƏM, hüquq-müqavilə tərtibatı, informasiya texnologiyaları, planlaşdırma, maddi-texniki təminat, satınalma, kadr resursları, və daxili audit sahələri üzrə təhsil, təlim və ya təcrübə axtarışında olan gənclər üçün nəzərdə tutulub.

Təhsil göstəriciləri yüksək olan, ingilis dilində yaxşı oxuma-yazma bacarıqlarına malik olan və bakalavr təhsili 4 illik olan təhsil müəssisəsinin 3-cü və 4-cü, bakalavr təhsili 5 illik olan təhsil müəssisəsinin isə 4-cü və 5-ci kursunda təhsil alan tələbələr müsabiqədə iştirak etməyə dəvət olunurlar.

Yay Təcrübəsi proqramına qatılmaq üçün “www.socarpolymer.az”ın müvafiq bölməsində yerləşdirilən ərizə forması doldurularaq 17 may 2021-ci il tarixinə qədər təqdim olunmalıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR