Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ

Tarix: 10-04-2020, 10:37

“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında altı yaşlı uşaq koronavirusdan müalicə olunur”.

Mediabiz.az xəbər verir ki,bu barədə ATU-nun Mətbuat Xidmətindən məlumat verilib.
Tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Cərrahiyyəsi Kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib ki, uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil, onlar da bu virusa yoluxur:
“Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər. TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək doğru deyil. Yaşlı insanları, uşaqları da qorumaq lazımdır”.
Uşaq cərrahı əhaliyə müraciət edərək pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: “Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. Koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək”.
R.Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması sevindirici haldır: “Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir”.
Baş həkim Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib:
“Koronavirus gözə görünməyən düşməndir. COVID-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.
Həkim virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR