Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ərdoğandan türk ölkələrinə çağırış: Buna hazırlaşaq!

Ərdoğandan türk ölkələrinə çağırış: Buna hazırlaşaq!

Tarix: 10-04-2020, 16:32

Türk Şurası zirvəsi koronavirusun yayılması ilə mübarizədə həmrəyliyimizi gücləndirəcək. İnfeksiyanın təsiri ilə eyni zamanda, qlobal iqtisadi böhranla üz-üzəyik. Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilər. Beynəlxalq ticarət və yük daşınması təchizat zənciri baxımından vacibdir.

Mediabiz.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının “COVID-19 infeksiyasına qarşı mübarizədə əməkdaşlıq və müqavimət” adlı videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə çıxışında deyib.
Ərdoğan hazırda görünməz düşmənə qarşı çətin mübarizə aparıldığını bildirib.
“Koronavirusa qarşı mübarizədə, əlbəttə, qalib gələcəyik. Bundan sonra yeni bir dünyanın reallığı ilə qarşılaşacağıq. Mübarizə apardığımız bir zamanda epidemiyadan sonrakı dövrə də hazırlaşmalıyıq. İnkişafa vahid şəkildə yanaşmalı, əməkdaşlıq sahələrini müəyyənləşdirməli və tez bir zamanda lazımi addımlar atmalıyıq”.
Türkiyə Prezidenti çıxışında Bakı-Tiflis-Qars dəmiryolu xətti üzərindən aparılan yükdaşımalara da toxunub və bildirib ki, daşınan mövcud yüklərə əlavə olaraq 3500 ton yükün daşına bilməsi üçün işlər aparılır.
“Ümid edirəm ki, bu problemli dövr tezliklə başa çatacaq və daha parlaq günlər bizimlə olacaq. Proseslər Xəzər dənizindən keçən mərkəzi dəhlizin gücləndirilməsinin vacibliyini bir daha ortaya qoydu. Rabitə sektoru da pandemiya ilə mübarizədə vacib bir sınaqdan keçir. İnanıram ki, Türk Şurası kibertəhlükəsizlik sektorunun inkişafında və həyata keçirilməsində rol oynaya bilər”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir.
Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR