Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Gərginlik: Paşinyan erməniləri hər şeyə hazır olmağa çağırdı - “Biz qaçılmaz tənəzzül astanasındayıq”

Gərginlik: Paşinyan erməniləri hər şeyə hazır olmağa çağırdı - “Biz qaçılmaz tənəzzül astanasındayıq”

Tarix: 11-04-2020, 13:47

Coğrafi ölçüləri və əhalisinin sayı nəzərə alınarsa, koronavirus Ermənistanda yetərincə sürətlə yayılır. Son məlumatlara görə, işğalçı ölkədə COVİD-19-a yoluxanların sayı minə çatıb. Ermənistanın səhiyyə naziri Arsen Torosyan virusun yayılmasının artıq nəzarətdən çıxdığını bəyan edib. “Biz hələ uzun müddət koranavirusla birgə yaşamalı olacağıq” - nazir bədbinliklə bildirib və əlavə edib: “Bir vaxt mən maska taxmağın vacib olmadığını deyirdimsə, indi bildirirəm ki, taxmaq mütləqdir”.
Aydındır ki, hər bir ölkə pandemiya ilə öz tibbi-texnoloji və maliyyə-iqtisadi potensialına uyğun olaraq mübarizə aparmağa, onu lokallaşdırmağa səy göstərir. Aparılan mübarizənin nəticəsi bundan xeyli dərəcədə asılıdır.

İqtisadçı analitiklər isə hesab edirlər ki, məhz Ermənistan kimi kiçik dövlətlərin koronavirusla bağlı alacağı zərbələr daha ağır olacaq. “Böyük dövlətlərə zərər həcm olaraq çox dəyə bilər. Amma nəzərə alınmalıdır ki, böyük dövlətlərin böyük maliyyə “silah”ları da var. Onlara trilyonlarla zərər dəyirsə, əvəzində pul çap edə bilirlər, bazarlara dəstək verirlər, özlərini, istehsalçılarını və bizneslərini qoruya bilirlər, müxtəlif əməliyyatlarla yardım edirlər. Kiçik dövlətlərin isə belə lüksü yoxdur” – iqtisadçı ekspertlərdən biri deyib.

O da bildirilir ki, artıq pandemiyanın vurduğu maliyyə zərbələri səbəbindən 100-ə yaxın kiçik dövlət Beynəlxalq Valyuta Fonduna yardım üçün müraciət edib. Bu da o anlama gəlir ki, kiçik dövlətlərin vəziyyəti həqiqətən yaxşı olmayacaq. Ermənistan isə hələ epidemiyaya qədər də iqtisadi izolyasiya səbəbindən ağır iqtisadi durumda idi...

“Ermənistan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən tənəzzül ərəfəsindədir”. Musavat.com-un məlumatına görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan dünən Avrasiya Hökumətlərarası Şuranın video-konfransı zamanı söyləyib.
Onun sözlərinə görə, yaranmış durumda Avrasiya İqtisadi Birliyi çərçivəsində ticari əlaqələrin fasiləsiziliyini qoruyub saxlamaq mühüm önəm kəsb edir.

“Ermənistan hökuməti iqtisadiyyatı stimullaşdırmaq və baş verəcəyi artıq heç kimdə şübhə doğurmayan ağır böhranlı halların qarşısını almaq üçün əlindən gələni edir. Bəli, biz təəssüflər olsun ki, bilavasitə tənəzzül astanasındayıq. Belə görünür ki, bundan qaçmaq mümkün olmayacaq. Heç kim bilmir ki, bu böhranın ssenarisi necə olacaq, pandemiya daha nə qədər çəkəcək, böhran nə dərəcədə dərin olacaq”, - deyə baş nazir erməniləri hər şeyə hazır olmağa çağırıb.

Paşinyan hesab edir ki, bənzəri olmayan mövcud şərtlər daxilində Avrasiya İqtisadi Birliyi çərçivəsində azad ticarətin fasiləsiz fəaliyyətini təmin eləmək vacibdir. “Avrasiya İqtisadi Birliyində fasiləsiz yük nəqli bu gün Ermənistan üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Rusiya-Gürcüstan sərhədi bu xüsusda bizdən ötrü strateji və həyati vacib dəyərdədir. Rusiya hökumətinin göstərdiyi köməyə görə mən baş nazir Mixail Mişustinə minnətdarlığımı bildirmək istəyirəm”, - deyə Paşinyan qeyd edib.

Ermənistanın ümid bəslədiyi əsas ölkə sözsüz ki, Rusiyadır. Ancaq şimal qonşumuzun özü bu dəqiqə öz problemləri ilə əlləşir. Bu problemlərin yoluna qoyulması üçün böyük maliyyə vəsaiti tələn olunduğu vaxtda isə üstəlik, Rusiyanın neft satışı sürətlə ən aşağı həddə doğru getməkdədir. Müşahidələr göstərir ki, yaranmış durumun şərtləri Moskvanı öz vəsaitlərinə və maddi resurslarına daha diqqətlə yanaşmağa və maksimum qənaət rejiminə keçməyə vadar edəcək. O sırada əksər analitiklərə görə, Ermənistanın bu basabasda Rusiyadan alınan təbii qazın qiymətində endirim etmək xahişini Moskva rədd edəcək.

Bu arada düşmən ölkədə iqtidarda olmasının ikinci ildönümü yaxınlaşana Nikol Paşinyan hökumətinə qarşı tənqid və ittihamlar artıb. Özü də bu təkcə pandemiyaya qarşı qeyri-effektiv mübarizənin təşkili ilə bağlı deyil.

“Nikol Paşinyanın başçılıq elədiyi Ermənistan hakimiyyəti bu iki ildə dəqiq və aydın siyasət apara bilməyib”.

Musavat.com xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, hökumətin həm qanunvericilik, həm də iqtisadi sferalarda bütün addımları faktiki şəkildə iflas olub.

“Əgər biz onların iki il ərzində apardıqları siyasətə baxsaq, o zaman bu siyasəti dırnağa almaq lazım gələr. Mən düşünürəm ki, ölkəmiz üçün hazırkı mürəkkəb vəziyyətdən Paşinyan və komandası çıxış yolu tapa bilməyəcək”, - deyə erməni politoloq qeyd edib.

O, hesab edir ki, Ermənistan hökuməti hər gün daha çox tərəfdarını itirir. “Əgər iki il öncə indiki hakimiyyət erməni cəmiyyətinin əksəriyyətinin dəstəyinə malik idisə və adamlar onu istənilən situasiyada dəstəkləməyə hazır idilərsə, indi biz görürük ki, əksinədir, məyus olanları sayı artıb” – Danielyan əlavə edib.

Bir yandan da COVİD-19 Paşinyan hökumətinin daxili ictimai dayaqlarını sarsıtmaqdadır. “Məxməri inqilab”ın 2-ci ildönümü – mayın 8 –i üçün Ermənistanda vəziyyət əməlli-başlı qarışa bilər. Müharibə vəziyyətində olduğumuz üçün düşmən ölkədə prosesləri ikiqat diqqətlə izləməliyik...
Musavat.com




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR