Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İsrailin 3 təyyarəsi Türkiyədə: Qalxmağa izn verilmədi - Səbəb

İsrailin 3 təyyarəsi Türkiyədə: Qalxmağa izn verilmədi - Səbəb

Tarix: 11-04-2020, 22:55

İsrailə məxsus 3 təyyarə yeni tip koronavirusla mübarizə çərçivəsində tibbi ləvazimat almaq üçün Türkiyəyə gəlib.
Mediabiz.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyinə müraciət edərək, “Eyni ləvazimatlardan, eyni miqdarda birbaşa fələstinlilərə göndərmək istəyirik. Buna icazə verin”, - bildirib.
İsrail tərəfi təklifi qəbul etmədiyinə görə təyyarələrin havaya qalxmasına icazə verilməyib.
Məsələ ilə bağlı İsrail mediasında vurğulanıb ki, Türkiyə birbaşa Qəzzaya tibbi ləvazimat göndərmək istəsə də, İsrail rəhbərliyi bunu rədd edib:
"Nəticədə təyyarələr İstanbulda qalıb. İsrail Türkiyədən tibbi ləvazimatlar almaqdan imtina edib”.
***
İsrail təyyarələrinin İstanbulda uçuşuna icazə verilməməsi məsələsinə Fələstin tərəfi münasibət bildirib.
“Yeni Akıt”ın məlumatına görə, Fələstinin müraciətində bildirilib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Allah razı olsun. Türkiyə və onun lideri Ərdoğan eyni zamanda bizim liderimizdir. Bizi fikirləşir, bizə tibbi ləvazimat göndərmək istəyir. Ancaq İsrail buna izn vermir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR