Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Prezidentin təşəbbüsləri: “Yaralar” sağalır - ŞƏRH

Prezidentin təşəbbüsləri: “Yaralar” sağalır - ŞƏRH

Tarix: 15-04-2020, 11:23

Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı sosial layihələr davam etdirilir, bununla da dövlətin resurslarının ağırlıq mərkəzinin insan kapitalının inkişafına yönəldilməsi istiqamətində daha da mütərəqqi addımlar atılır.
Sosial layihələr zəncirinin bir həlqəsi kimi aprelin 14-də dövlət başçısı İlham Əliyev “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb.
Bu sərəncam ümumilikdə iki min nəfər sosial xidmət işçisini əhatə edir. 
Onların əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən ediləcək.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmaları qadağan edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, hazırda bu kateqoriyadan olan 15000-dən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir.
İlham Əliyev dəfələrlə bəyan edib ki, koronavirus pandemiyasına və onun iqtisadiyyata vurduğu zərərə baxmayaraq, sosial proqramların təxirə salınmasından söhbət gedə bilməz.
Qlobal iqtisadi böhranın yaratdığı mənfi nəticələrin təsirindən minimum itkilərlə çıxmaq, bu fonda əhalinin rifah halının, sağlamlığının qorunması Azərbaycan dövlətinin prioritetidir.
Bu prioritetlər nəzəri olmaq mərhələsini adlayıb və praktiki şəkildə özünü göstərməkdədir.
Azərbaycanda koronavirusun əmələ gətirdiyi ictimai, sosial, iqtisadi “yaralar” hökumətin səyi və əməli təşəbbüsü nəticəsində sağalmağa doğru gedir.
Şübhəsiz ki, sosial konsepsiyada nəzərdə tutulan digər proqramlar da həyata keçiriləcək.
Koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanın makroiqtisadi göstəriciləri, statistik rəqəmlər onu deməyə əsas verir ki, dövlətin resursları sosial layihələrin əhatə dairəsinin genişlənməsinə stimul verir və bunu qarşılaya bilmək gücündədir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR