Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Çernobıldakı yanğın dünya üçün hansı təhlükə yaradır? - AÇIQLAMA

Çernobıldakı yanğın dünya üçün hansı təhlükə yaradır? - AÇIQLAMA

Tarix: 15-04-2020, 15:44

Ukraynanın Çernobıl bölgəsindəki meşə yanğını 10 gün sonra söndürülüb. Ukraynanın Fövqəladə Hallar Nazirliyinin açıqlamasında qeyd edilib ki, Çernobıl Nüvə Mərkəzinin 1 kilometrliyində baş verən yanğına səbəb ola biləcək üç ehtimal var: Jitomir əyalətindəki meşəlik ərazilərdəki yanğının yayılması, bölgədəki elektrik xətlərindən quru otlara qığılcımların sıçraması, yanğının qəsdən törədilməsi.

AMEA Radiasiya Problemləri İnstitutun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva məsələ ilə bağlı  açıqlamasında bildirib ki, Çernobılda yanğının baş verməsi özü bir təhlükədir:
“Həmin ərazilərin yanması belə özü bir təhlükədir. Çünki orada yanan bitkilər torpaqdan radyonüklidləri özlərinə çəkir. Bitkilər yandığı zaman külü havaya qalxır, külək də onu aparıb hər yerə səpir. Bu, olduqca təhlükəlidir. Baxmayaraq ki, hadisənin baş verməsindən 30 ildən çox vaxt keçib, lakin indi də orada inəklərin südündən radiasiya tapılıb. İnəklər ərazidə bitən otlarla qidalanır. Bu baxımdan yanğın və onun ətrafa yaydığı hava kütləsi insan sağlamlığı üçün təhlükə deməkdir. O ərazidə yanğının baş verməsinin ekologiyaya da  çox böyük zərəri var. Lakin Ukrayna alimləri imkan verməzlər ki, ciddi fəsadlara səbəb olsun. Əgər faciəyə səbəb ola biləcək hər hansı bir hadisə gözlənilsə, bütün dünya həyəcan təbili çalar. Çernobıl 21 dünya təşkilatının nəzarəti altındadır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR