Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Rusiyada azərbaycanlı ailə koronavirusa yoluxdu

Rusiyada azərbaycanlı ailə koronavirusa yoluxdu

Tarix: 16-04-2020, 22:58

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı ailə koronavirusa yoluxub. Onlardan 1954-cü il təvəllüdlü Nuridə Abdullayeva Lubertsi şəhərindəki xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report"un Rusiya bürosuna ailə üzvlərindən Əjdər Abdullayev məlumat verib.Onun sözlərinə görə, ailə üzvlərində koronavirusun bütün əlamətləri hiss olunurdu: "İki dəfə təcili tibbi yardıma müraciət etdik, gəldilər müayinə etdilər. Bildirdilər ki, “Sizdə COVID-19 yoxdur” və xəstəxanaya aparmaqdan imtina etdilər. İki dəfə də sahə həkimi gəldi və o da sadəcə qrip olduğunu söylədi. Hətta poliklinikaya da müraciət etdik, amma bizdən analiz götürülmədi". “Vəziyyətimiz getdikcə pisləşirdi, hərarətimiz 39 dərəcədən aşağı düşmürdü. Ona görə də özəl xəstəxanada analiz verməyə qərar verdik. Nəticədə həyat yoldaşıma ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu qoyuldu. Müalicəmizi evdə davam etdirməyi məsləhət gördülər”, - Ə.Abdullayev bildirib.O vurğulayıb ki, bu gün həyat yoldaşının vəziyyəti pisləşdiyindən yenidən təcili tibbi yardıma müraciət ediblər: "Onu xəstəxanaya apardılar və müayinə zamanı koronavirusa yoluxduğu məlum oldu". Qeyd edək ki, Əjdər Abdullayev və Nuridə Abdullayeva Azərbaycan, övladları Zabil Abdullayev və Gülnarə Abdullayeva isə Rusiya vətəndaşlarıdır. Hazırda ailənin digər üzvləri koronavirusu yüngül keçirdiklərindən müalicələrini evdə davam etdirirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR