Son Xəbər: Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi, COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar,

Sülh imzalayan kimi onlar qayıtmasa, müharibə edək? - Nikol

Sülh imzalayan kimi onlar qayıtmasa, müharibə edək? - Nikol

Tarix: 12-09-2024, 09:18


Sülh müqaviləsinin əsas məqsədi müharibəni istisna etməkdir.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə “Ermənistan” fraksiyasının üzvü Anna Qriqoryanın sualına cavabında bildirib.

Qriqoryan deyib ki, Ermənistan pasportu olan insanlar Bakıda “oturmağa” davam etdiyi halda (Bakıda həbsdə olan erməni separatçı-terrorçular nəzərdə tutulur – red.) sülh müqaviləsinin imzalanmasını təsəvvür etmək onun üçün çətindir. “Mənim üçün əsas prinsip sülh müqaviləsi layihəsində əksini tapmayan məhbusların qaytarılması məsələsi olardı. Ümumiyyətlə, sizin soydaşlarınız, Ermənistan pasportu olan insanlar Bakıda həbsdə qalmaqda davam edəndə sülh müqaviləsi imzalamağı təsəvvür etmək mənim üçün çətindir, bu, dövlətin ləyaqəti məsələsidir. Mənim üçün bu müqavilənin əsas prinsipi sərhədlərin açıq olması olmalıdır. Sülh imzalanandan sonra sərhədlərimiz açılacaqmı? Yoxsa biz sülh müqaviləsi imzalayıb, kommunikasiyalar məsələsi ayrıca danışıqlar yolu ilə həll olunana qədər bağlı sərhədlərlə yaşamağa davam edəcəyik? Bu sənədə daxil edilməli olan üçüncü fundamental prinsip Azərbaycan qoşunlarının ölkəmizin ərazisindən çıxarılması olmalıdır. Amma ayrıca demarkasiya prosesinin getdiyi müzakirə olunur. Bu, hansı formatda və nə vaxt olacaq? Yəni, eyni ölkənin qoşunları sizin ölkənin suveren ərazisini işğal edəndə mən bir ölkə ilə sülh bağlamağı çətin ki, təsəvvür edə biləm. Və zaminlik institutu haqqında: Heç bir zəmanət yoxdur. Bunlar, ən azı, bizə yer üzündə sülhdən danışa biləcəyimizi söyləyə biləcək fundamental prinsiplərdir, çünki sülh haqqında kağızda yazılanların bir qəpik dəyəri yoxdur”, - deyə deputat Paşinyana müraciətlə deyib.

Paşinyan cavabında qeyd edib ki, qeyd etdiyiniz şeyin sülh müqaviləsinin əsl mənası ilə birbaşa əlaqəsi ola və ya olmaya bilər:

“Əgər deyirsənsə ki, sazişə imza atdıqdan sonra məhbuslar dərhal qayıtmayacaq, müharibə olsun, bu yanlış məntiqdir. Mən dəfələrlə demişəm ki, Ermənistan Respublikasının bir dənə də olsun suveren ərazisi danışıqlara məruz qalmır, lakin digər tərəfdən də demişəm ki, Ermənistan Respublikası hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməyi qarşısına məqsəd qoymayacaq. Çünki görürük ki, bunu siyasi və diplomatik yollarla həll etmək olar.

Zamin institutundan danışarkən bu gün deyirəm ki, bundan daha saxta mövzu yoxdur. Ya öz təhlükəsizliyimizin qarantıyıq, ya da zamin yoxdur, çünki zamin dediyimiz bütün şəxslər üçün bazarlıq predmetiyik. Özümüz öz məsələlərimizi həll etməliyik. ABŞ kimi ölkədə sonuncu məhbus Vyetnam müharibəsi bitdikdən nə qədər sonra qayıtdı?”

Paşinyan vurğulayıb ki, sərhədlərin açılması sülhün nəticəsidir, sülh paketinin bir hissəsi deyil.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR