Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Sumqayıt sakinlərinə şad xəbər: 298 avtobus ayrıldı

Sumqayıt sakinlərinə şad xəbər: 298 avtobus ayrıldı

Tarix: 6-05-2020, 13:01


Xüsusi karantin rejiminin qaydaları yumşaldığından və nəticədə iş yerlərinin, xidmət sahələrinin fəaliyyətə başlaması ictimai nəqliyyata ehtiyacı kəskin artırıb. 
Xüsusilə, Sumqayıt və Abşerondan sərnişin axını artıb. Elektrik qatarlarının və metronun işləməməsi vəziyyəti bir qədər də çətinləşdirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Yenisabah.az-a açıqlamasında bildirib ki, sərnişin axının artması nəzərə alınaraq adekvat addımlar atılıb. “Xüsusi karantin rejimi tətbiq ediləndən şəhərlərarası daşımalardan yalnız Bakı-Sumqayıt və Bakı-Abşeron rayonu istiqamətində daşımalar həyata keçirilib. Qalan bütün şəhər və rayonlararası daşımalar dayandırılıb. Bu qadağa mayın 31-nə qədər qüvvədədir. 
Amma mayın 4-dən etibarən iş yerlərinin və xidmət sahələrinin açılması ilə sərnişin axını artıb. Ona görə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 11 regional şöbəsinə tapşırıq verilib ki, şəhər və rayondaxili sərnişindaşımada avtobusların sayı artırılsın. Yəni, xüsusi karantin rejiminə qədərki vəziyyət bərpa edilsin”, - deyə Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, Bakı-Sumqayıt və Bakı-Abşeron istiqamətlərində də avtobusların sayının artırılması barədə göstəriş verilib. “Artıq bu gündən Bakı-Sumqayıt istiqamətində 298 avtobus fəaliyyət göstərir. Bu rəqəm də xüsusi karantin rejiminə qədərki vəziyyəti əks etdirir. Biz onların sayını kəskin azaltmışdıq. Çünki sərnişin axını azalmışdı. İndi sərnişin axını xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə azdır. Lakin karantin qaydaları yumşaldıqdan sonra nisbətən artım olub.
Biz də izolsayasiya qaydalarına əməl olunsun, interval az olsun və insanlar iş yerlərinə rahat gedə bilsinlər deyə, avtobus sayını əvvəlki qaydada bərpa etmişik”, - deyə Nuridə Allahyarova əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR