Son Xəbər: Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür, Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək, Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar, “Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”, AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi, Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb, Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub, Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb, Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi, Sara Əzimovaya yeni vəzifə verilib,

Müəllimlərin güzəştli ipoteka kreditindən istifadə etmək hüququ haqqında qaydalar dəyişdi

Müəllimlərin güzəştli ipoteka kreditindən istifadə etmək hüququ haqqında qaydalar dəyişdi

Tarix: 7-05-2020, 20:43

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş müvafiq dəyişikliyə əsasən, gənc ailənin üzvü olan və azı üç il ümumi təhsil müəssisəsində müəllim işləyən, eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslərə güzəştli ipoteka almaq hüququ verilir.
Bu barədə Mediabiz.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, əvvəlki qaydalara əsasən, gənc ailənin üzvü olan və ən azı beş il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilmişdi.
Güzəştli ipoteka hüququnun şamil olunduğu dövlət qulluqçuları, hərbi qulluqçular, daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər, elmi vəzifədə işləyən elmi işçilər üçün əmək stajı tələbi üç il göstərilsə də, müəllimlərə dair bu tələb beş il müəyyən edilmişdi.
Bundan əlavə, Qayda ancaq ümumtəhsil məktəbində işləyən şəxsləri əhatə edirdi. Digər ümumi təhsil müəssisələri, o cümlədən lisey, gimnaziya, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər, internat məktəblərində və s. çalışan müəllimlər güzəştli ipoteka kreditlərindən yararlana bilmirdilər.
Qaydada həmçinin gənc ailə kateqoriyasına daxil olmayan müəllimlərə güzəştli ipoteka kreditinin verilməsi də nəzərdə tutulmamışdı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR