Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bəzi rayonlarda polis kafe və restoranları niyə bağlayır? - AÇIQLAMA

Bəzi rayonlarda polis kafe və restoranları niyə bağlayır? - AÇIQLAMA

Tarix: 8-05-2020, 15:18


Bəzi regionlarda kafe və restoranların fəaliyyəti yenidən məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.
Məlumatlara görə, İsmayıllı, Xaçmaz və digər bir neçə rayonda karantin rejiminə ciddi riayət etməyən obyektlər polis əməkdaşları tərəfindən bağlanıb. Bəzi istifadəçilər bunu xüsusi karantin rejiminin yenidən gücləndirilməsinə hazırlıq kimi qiymətləndiriblər. 

Bu obyektlərin bağlanmasının səbəbi nədir?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, həmin şəxslərə daha əvvəl xəbərdarlıq edilib:
"Bildiyiniz kimi, mayın 1-dən etibarən respublika ərazisində xüsusi sanitar rejimi tətbiq olunur. Bu rejimin normalarına riayət etməyən şəxslər barəsində isə ciddi tədbirlər görülür. Hər bir şəxs qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan mütləq istifadə etməlidir. Vətəndaşlar iki metrlik sosial məsafə saxlanılması tələbinə mütləq riayət etməlidirlər.
Karantin rejiminin yumşaldılması nəticəsində regionlarda bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Lakin karantin rejiminə ciddi şəkildə riayət olunmadığına dair hallar müşahidə edilib. Bununla bağlı regionlarda fəaliyyət göstərən kafe, restoran, eləcə də digər qapalı obyektlərin sahiblərinə vətəndaşların tibbi maska olmadan, ara məsafə gözləmədən içəri daxil olmalarına icazə verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Eyni zamanda, vətəndaşlara əvvəlcədən karantin rejiminin normalarına tam şəkildə riayət etmələri tapşırılıb. Xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində müvafiq tədbirlər görülüb. Karantin qaydalarına riayət olunmayan kafe, restoran, eləcə də digər qapalı məkanların fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən məhdudlaşdırılıb”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR