Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Mall"lar və iri ticarət mərkəzləri bu tarixdə AÇILA BİLƏR?

"Mall"lar və iri ticarət mərkəzləri bu tarixdə AÇILA BİLƏR?

Tarix: 9-05-2020, 13:29

Mayın 11-dən sonra iri ticarət mərkəzləri də açıla bilərmi?- AÇIQLAMA 
Xəbər verdiyimiz bu gündən etibarən metronun fəaliyyəti başladı. Mayın 11-dən sonra növbəti yumşalmada iri ticarət mərkəzlərin fəaliyyətinə icazə verilə bilərmi?
Bununla bağlı danışan deputat Nəsib Məhəməliyev bildirib ki, metronun açılması müsbət haldır: "Çünki karantin rejimi yumşaldıqdan sonra əhali küçələrə axışdı. Metro ilə yanaşı şəhərdə əsas ictimai nəqliyyat hesab olunan avtobuslarda isə sərnişin sıxlığı müşahidə olunurdu. Karantin rejiminin normalarına riayət olunmurdu. Bu da koronovirusun yayılma riskini artırırdı. Metro açıldıqdan sonra sərnişin axını bölünəcək və bu doğru addımdır. Növbəti yumşalmanın olması və ticarət mərkəzlərinin açılması bilavasitə koronovirusla bağlı aparılan statistikadan asılıdır. Təəssüf ki, son günlərin statistikası məyusedicidir. Bir çox vətəndaşlarımız hələ də bu təhlükəyə qeyri-ciddi yanaşmaqla səhlənkarlıq nümayiş etdirirlər. Düşünürəm ki, insanların daha çox toplaşdığı ticarət mərkəzlərinin açılması koronavirusa yoluxanların sayını artıra bilər. Ona görə də hesab edirəm ki, bu məsələdə tələsməyə ehtiyac yoxdur"./sonxeber




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR