Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Paşinyan babasının şəklini paylaşdı - Faşistlərə xidmət etdiyi üzə çıxdı / VİDEO

Paşinyan babasının şəklini paylaşdı - Faşistlərə xidmət etdiyi üzə çıxdı / VİDEO

Tarix: 11-05-2020, 17:02

Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb.

Hökumət başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımdan sonra bəlli olub. Belə ki, babasının fotosunu paylaşan N.Paşinyan bunları qeyd edib:
“Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.

Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqda “obd-memorial.ru” saytında axtarış edən “iravunk.com” saytı aşağıdakı məlumatları əldə edib:
Doğum tarixi: 23.12.1913
Doğum yeri: Ermənistan SSR, Yenokavan
Taleyi: düşmənlə əməkdaşlıq edib, həlak olub
Vəfat tarixi: 29.09.1943
Baş Nazirin Nikol Paşinyan haqqında təqdim etdiyi məlumatlar və axtarış saytının məlumatları üst-üstə düşür. Saytda qeyd edilir ki, Nikolay Vartanoviç Paşinyan Ermənistan SSR-də, Yenokavan kəndində 1913-cü ildə anadan olub və 1943-cü ildə vəfat edib.
“Obd-memorial.ru”nun məlumatlarına əsasən məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.
Sayt, həmçinin alman qeydiyyat sənədini dərc edib.
Həmçinin məlumatda qeyd olunur ki, o kənddə yeganə Nikol Paşinyandır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR