Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Masallıda qardaş 17 yaşlı bacısını ölüdürüb

Masallıda qardaş 17 yaşlı bacısını ölüdürüb

Tarix: 16-05-2020, 10:20

Masallı rayonunda 19 yaşlı oğlan 17 yaşlı bacısını boğaraq öldürüb.

Mediabiz.az xəbər verir ki, hadisə mayın 15-i saat 16 radələrində rayonun Çaxırlı kəndində baş verib. 2001-ci il təvəllüdlü Gözəlov Rafiq Rauf oğlu bacısı 2003-cü il təvəllüdlü Məmmədrzayeva Könül Rafiq qızını yatdığı yerdə iplə boğaraq öldürüb.

Məlumata görə, K. Məmmədrzayeva mayın 9-da evdən çıxaraq Bakıya gedib. Anası mayın 11-də qızının itkin düşməsi haqda polisə məlumat verib. Qız mayın 12-də evlərinə qayıdıb. Lakin bu vaxt anası "darıxıb, Sumqayıta xalasıgilə gedibmiş" deyərək rəsmilərə şikayəti olmadığını bildirib.
Qızın atasının ruhi xəstə olduğu bildirilir, qızının meyitini də ilk o tapıb. Daha sonra kənd camaatı hadisə yerinə yığılıb. Qız yatağında uzanılı vəziyyətdə, üstü də yorğanla örtülü olub. İlk olaraq qızın özünü asdığı deyilib. Daha sonra məlum olub ki, qardaşı Rafiq artıq polis şöbəsinə gedərək təslim olub və bacısını iplə boğaraq öldürdüyünü etiraf edib.
Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR