Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

64 nəfərin koronavirusa yoluxduğu deyilən müəssisədən AÇIQLAMA

64 nəfərin koronavirusa yoluxduğu deyilən müəssisədən AÇIQLAMA

Tarix: 16-05-2020, 11:14

“Bakı Tikiş Evi” ASC işçilərinin koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov Oxu.Az-a açıqlamasında bildirib ki, işçilərdən bir nəfər digər əməkdaşları da koronavirusa yoluxdurub:
“Həmin işçinin qızı koronovirusa yoluxub və anasını yoluxdurub. Nəticədə, bizim işçilər arasında yoluxma baş verib. ASC-də üç-dörd nəfər virusa yoluxub, xəstəxanada müalicəsini davam etdirir. Digər işçilərimiz isə hazırda karantində saxlanılır. Həftənin bazar ertəsi evlərinə buraxılacaqlar”.
O qeyd edib ki, hazırda müəssisə fəaliyyətini davam etdirmir:
“Bilirsiniz ki, bizim işçilər hərbçilərin, polislərin paltarlarını tikirlər. Yoluxma təkcə bizdə olmayıb, dövlət müəssisələrində də olub”.
Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, “Bakı Tikiş Evi”ndə 64 nəfər qısa müddətdə koronavirusa yoluxub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR