Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Deputat masaj salonlarına və gecə klublarına qarşı çıxdı

Deputat masaj salonlarına və gecə klublarına qarşı çıxdı

Tarix: 19-05-2020, 09:14



“Azərbaycanda tikintilərdə uşaq əməyinin istismarının qarşısı xeyli alınıb. Bu, dövlətin kölgə iqtisadiyyatına qarşı apardığı mübarizəsinin nəticəsidir. Ancaq hələ də uşaq əməyindən istifadə ilə bağlı epizodik hallar mövcuddur”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini Tahir Kərimli İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatına münasibət bildirərkən deyib.
Onun fikrincə, Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirləri mühüm prakitiki effektlər verir. T.Kərimli buna nümunə olaraq bildirib ki, Azərbaycanda ərəblərin açıq qadın alveri etmələrinin qarşısı alınıb.
Deputat bununla belə düşünür ki, hələ də problemlər mövcuddur.
“Bakıda Əlövsət Quliyev küçəsində Amsterdamdakı “Qırmızı fənərlər” küçəsinə bənzədilən mənzillər var. Bunun qarşısını almaq lazımdır. Hələ də masaj salonlarından, gecə klublarından istifadə edirlər, bu, xalqımızın mentalitetinə ziddir”, - deyə T.Kərimli bildirib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçiriləcək iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinləniləcək.
Sənədi İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR