Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakıda tramvay bu ərazilərdən keçəcək - RƏSMİ

Bakıda tramvay bu ərazilərdən keçəcək - RƏSMİ

Tarix: 19-05-2020, 13:34

Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri də tamvay xətlərinin bərpa olunmasıdır.

Mediabiz.az xəbər verir ki, ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu bildirmişdi.

Hazırda vəziyyət nə yerdədir? Suala cavab tapmaq üçün Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən "baku.ws"-in sorğusuna cavab olaraq bildirdilər ki, hazırda məsələ ilə bağlı müzakirələr aparılır.
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakı şəhərinin Baş planında nəzərdə tutulan tramvay xətləri ilə bağlı aidiyyətli qurumlarla razılaşma və müzakirələr aparılır”, - deyə bildirilib.
Qeyd edək ki, hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsi hansı quruma həvalə olunması da müzakirə obyektidir.
Xatırladaq ki, Cavid Qurbanov açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu bildirmişdi:
“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.
Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, - o qeyd edib.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR