Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ

Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ

Tarix: 20-05-2020, 16:49

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri barədə məlumat yayıb.
 
BDYPİ-dən Mediabiz.az-a verilən məlumata görə, lakin 27.04.2020-ci il tarixdən etibarən "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən "ASAN xidmət" mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, 31.05.2020-ci il tarixdən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq.
 
Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR