Son Xəbər:
Tarix: 4-06-2020, 10:20
Bakı şəhəri 237 nömrəli tam orta məktəbin şagirdlərinin xüsusi karantin rejimi dövründə kütləvi tədbirdə iştirak etmələri barədə sosial şəbəkələrdə və KİV-də yayılmış məlumatlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Araşdırma nəticəsində məlum olub ki, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 11 may 2020-ci ildə Xəzər rayonu Şüvəlan qəsəbəsində qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunmuş maarifləndirmə işlərinə həmin ərazidə yaşayan bir neçə şagird də könüllü olaraq qoşulub və ictimai yerlərdə məlumatverici materiallar paylayıblar.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Bahar Əkbərovanın göstərişi ilə laborant Aygün Qasımova təhsil müəssisəsinin direktoru Təranə Qurbanova ilə razılaşdırmadan məktəbdən kənarda qeyri-hökumət təşkilatları tərəfindən keçirilmiş tədbiri məktəbin adından təqdim edib.
Bakıda məktəb direktoru karantini kobud şəkildə pozdu: Şagirdləri kütləvi tədbirə topladı - FOTOMəktəbdə çalışan işçilərin fəaliyyətinin əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlanılmamasına görə 237 nömrəli tam orta məktəbin direktoru Təranə Qurbanovaya yazılı qaydada xəbərdarlıq edilib.