Son Xəbər: Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib, Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib, İlham Əliyev Avstriya Prezidentini təbrik edib, Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir, Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib, İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər", Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək, Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB,

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Tarix: Bugün, 11:59

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Dövlət başçısının təbrikində deyilir:

"Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR