Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Həftə sonu evdən çıxmaq qadağan edildi - Bəs bazar ertəsi ? / Qərargahdan AÇIQLAMA

Həftə sonu evdən çıxmaq qadağan edildi - Bəs bazar ertəsi ? / Qərargahdan AÇIQLAMA

Tarix: 5-06-2020, 11:52

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq edilir.

Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilir, bu barədə Baş nazir Əli Əsədov qərar verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, "evdən yalnız iki halda - şəxsin həyatına real təhlükə yaranarsa, və ya yaxın qohumun dəfninə getmək üçün" çıxmaq olar.

Bəs, bazar ertəsi necə olacaq?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu təcrid bazar ertəsi səhər saat 6-ya kimi qüvvədədir. Ancaq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda karantin rejimi qüvvədə olduğu üçün maska taxmaq zəruridir.
O cümlədən, hələlik, karantin rejiminə son verilmədiyi üçün həmin məhdudiyyətlər və kafe-restoranların axşam saat 10-dək işləməsi qüvvədə qalır.
Həftəsonu ictimai nəqliyyat işləməyəcək, o cümlədən fərdi avtomobillərdən də istidafəyə icazə verilməyəcək.
İbrahim Məmmədovun sözlərinə görə, "sərt karantin rejimində işləmək icazəsi olan şəxslər xidməti avtomobildən istifadə etməlidirlər".(bbc.azərbaycan)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR