Son Xəbər: Sabah Azərbaycanda hava yağışlı olacaq, MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib, Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib, İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq, İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu, Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır, "Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub, Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib, Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib, Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib,

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Tarix: Bugün, 12:14

 Milli Məclis (MM) məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Bununla bağlı Mülki və İnzibati Prosessual Məcəllələrinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, hakim mübahisənin məhkəməyə aid olmadığını aşkar etdikdə aşağıdakı addımlardan birini atacaq:

- iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi zamanı aşkar etdikdə iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edir və ya iddia ərizəsini (ərizəni) geri qaytarır;

- işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər aşkar etdikdə - işi aidiyyəti məhkəməyə göndərir və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan işlər üzrə icraata xitam verir.

Layihədə vurğulanıb ki, məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə işi aidiyyəti üzrə göndərməsi və ya iş üzrə icraata xitam verməsi yolverilməzdir.

Məhkəmə baxışı zamanı məhkəmə aidiyyəti barədə ərizənin təqdim edilməsinə o halda yol verilir ki, işdə iştirak edən şəxs işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı bu Məcəllənin 284-5.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Sənədə görə, işdə iştirak edən şəxsin məhkəmə aidiyyəti barədə ərizəsi olduqda və ya hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyəti haqqında məsələ qalxdıqda, hakim iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edilməsi, iddia ərizəsinin (ərizənin) geri qaytarılması, iş üzrə icraata xitam verilməsi, işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında (aidiyyətlə əlaqədar xitam haqqında) ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR