Son Xəbər: Azərbaycan neftinin qiyməti 126 dolları ötüb, Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar, Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib, İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı, Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib, Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır, Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb, Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib, Oktyabrın son günü Azərbaycanda yağış yağacaq, Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub,

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

Tarix: Dün, 16:13

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

Bu ilin oktyabrında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 5 depozit hərracı keçirib.

Hərraclarda ümumilikdə xəzinə hesabının 704 milyon manat məbləğində qalığı 28 və 56 gün müddətlərinə 6,5 % orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" ilə müəyyən olunur. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR