Son Xəbər: "Wizz Air" reysi partlayış təhlükəsi səbəbindən Budapeştdə təcili eniş edib, Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq, Tbilisidə piyada körpüsündə yanğın baş verib, Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb, Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib, Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib, Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb, Media və Yayım Şurası: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqeyi kimi təqdim olunması kobud dezinformasiya nümunəsidir, Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayır,

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Tarix: Dün, 14:47

 Cari ilin noyabr ayında 10 rayonda vətəndaşlara səyyar ASAN xidmət göstəriləcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Oğuz, Ağstafa, Şabran, Astara, Ucar və Xırdalanda noyabrın 3-16-da vətəndaşlara səyyar xidmət göstəriləcək.

Həmçinin Xankəndidə noyabrın 3-6-da, Neftçalada 3-13-də, Biləcəridə 12-26-da, Ağdamda 13-26-da, Hacıqabulda isə 17-26-da Səyyar ASAN xidmət baş tutacaq

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Neftçalada fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR