Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Mehmanın müalicəsi üçün lazım olan pul toplandı

Mehmanın müalicəsi üçün lazım olan pul toplandı

Tarix: 5-06-2020, 17:20

Bloqqer Mehman Hüseynovun müalicəsi üçün tələb olunan pul artıq toplanıb. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə M. Hüseynov sosial şəbəkədə məlumat verib. O qeyd edib ki, sağalması üçün tələb olunan məbləğ cəmi 2 günə toplanıb: “Bu, heçkimə zarafat gəlməsin. Cəmi 2 günə tələb onunan məbləğin 98% milli pulumuzla 140.000 AZN toplandı. Bu, Azərbaycanda ilk dəfə idi. Sıravi vətəndaşlar həmrəy oldular və nəticəsi ortadadır.
Təsəvvür edin, İsveçrə həkimləri, burada məni tanıyan xarici dostlar, təşkilatın üzvləri hamı şokdadır. Necə bu baş verdi? Belə bir sürətli, belə qısa bir vaxta bu məbləğin yığılmasını heç vaxt görməyiblər. Və mən bir daha öz ölkəmlə, öz xalqımla fəxr elədim. Siz mənə sahib çıxdınız.
Mənə maddi mənəvi dəstək olanın, dua edənin hər kəsin qarşısında baş əyirəm. Artıq 1-ci gündən müalicəm başlayır və yığılan məbləğin hər bir qəpiyinin hesabatını sizə verəcəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR