Son Xəbər: Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib, Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün, Bu gün Azərbaycanda Zəfər Günüdür, Şuşanın azad olunmasından 6 il ötür, Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək, Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb, Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib, Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib, Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq, İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib,

Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün

Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün

Tarix: Bugün, 10:57

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!

Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR