Son Xəbər: Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub, Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib, Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq, Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb, İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb, Pa-de-Kale departamentinin prefekturası vağzalda partlayış təhlükəsi ilə bağlı xəbərdarlıq edib, Sabah 20 dərəcə isti olacaq, Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək, Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq olub, İsrail HƏMAS-ın vəzifəli şəxslərini məhv etmək üçün Qəzzada xəstəxanaya zərbə endirib,

Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub

Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub

Tarix: Bugün, 18:45

Ukrayna ordusu Baltik dənizində Rusiyanın “Kalibr” qanadlı raketləri daşıyan “Naro-Fominsk” hərbi gəmisinə zərbə endirib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Məlumata görə, əməliyyat Rusiyanın Leninqrad vilayətində həyata keçirilən genişmiqyaslı pilotsuz uçuş aparatları hücumunun tərkib hissəsi olub. Ukrayna qüvvələri eyni əməliyyat çərçivəsində Baltik dənizinin sahilində yerləşən Ust-Luqa limanının neft infrastrukturuna da zərbələr endirib.

“Reuters“in məlumatına görə, Finlandiya Silahlı Qüvvələri də Rusiya hərbi gəmisinə zərbə endirildiyini qeydə alıb.

Məlumata görə, hədəfə alınan “Naro-Fominsk” gəmisi “Kalibr” və “Oniks” qanadlı raketləri daşımaq qabiliyyətinə malikdir. Ukrayna tərəfinin məlumatına əsasən, bu, Rusiyanın Baltik Donanmasına məxsus və aktiv xidmətdə olan hərbi gəmisinə müharibənin başlanmasından bəri Baltik dənizində ilk belə hücumdur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR