Son Xəbər: Lukaşenko Ukrayna sərhədindəki qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib, Milli Məclisdə büdcədən ədəbi nəşrlərə ayrılan vəsaitin artırılması təklif edilib, Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi, Anar Bayramov Lənkəranda vətəndaşları qəbul edəcək, Ukrayna 24 saat ərzində ikinci dəfə eyni körpünü VURDU, media, Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub, Azərbaycanda Milli Dirçəliş Günüdür, Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib, Həbs edilən direktorun yerinə yeni təyinat oldu,

Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi

Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi

Tarix: Bugün, 11:08

 
Müşahidələr dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsinin arzuolunan həddə olmadığını göstərir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müzakirə zamanı gözlənilən səmərə əldə olunmur:

"Dərslik layihələrinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edildiyi halda, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır. Hətta bir sıra dərsliklər üzrə isə ümumiyyətlə heç bir münasibət bildirilmir. Məsələn, "Azərbaycan tarixi 7" dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən 1000-dən çox, ictimaiyyətdən isə cəmi 21 rəy və təklif təqdim edilmişdir. "Biologiya 9" dərslik layihəsi üzrə bu göstəricilər müvafiq olaraq fənn üzrə mütəxəssislərin 530-dan çox və ictimaiyyətin 3, "Riyaziyyat 7" dərslik layihəsi üzrə fənn üzrə mütəxəssislərin 300-dən çox və ictimaiyyətin 0, "Fizika 9" dərslik layihəsi üzrə isə fənn üzrə mütəxəssislərin 480-dən çox və ictimaiyyətin isə 0 rəy olmuşdur".

Nazirlikdən həmçinin qeyd edilib ki, bu hal dərsliklərin geniş ictimai rəyə əsaslanaraq təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR