Son Xəbər: Azərbaycanın Vəkillər Kollegiyası ilə BMT arasında əməkdaşlıq müzakirə olunub, Fərid Qayıbov: "Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər", Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib, Putin: Çin və ABŞ liderləri ilə müzakirələr bir-birimizi daha yaxşı başa düşməyə imkan verib, Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq, Çin, Rusiya və ABŞ BMT-də islahatların aparılmasını dəstəkləyib - Birgə bəyannamə, Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib, Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü, Xəzərsahili qanunsuz obyektlər söküləcək?, Nərman Qocatürkün meyiti tapıldı,

Mərdəkanda yataqxanada yanğın olub

Mərdəkanda yataqxanada yanğın olub

Tarix: Dün, 10:17

 
Mərdəkanda yataqxanada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 840kv.m. olan ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420 kv.m. sahədə, bir otağın yanar konstruksiyaları 65 kv.m., digəri isə 10 kv.m. sahədə və binanın dəhlizi 6 kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR