Son Xəbər: Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq, Vyetnamın Azərbaycanda səfirliyi açılacaq, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb, Ağdamın işğaldan azad olunmasından 6 il ötür, Məleykə Abbaszadə: Müasir universitet gəncləri ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırlamalıdır, Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib, Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib, "Qiyamət günü təyyarəsi" Trampı Asiya turunda müşayiət edib, Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib, Azərbaycanın Vəkillər Kollegiyası ilə BMT arasında əməkdaşlıq müzakirə olunub,

Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq

Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq

Tarix: Bugün, 14:18

 Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR