Son Xəbər: Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb, Azərbaycan-Litva Dəyirmi Masası keçirilib, Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq, Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib, Sabahın hava proqnozu açıqlanıb, Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək, Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb, Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək, "Dövlət Auditi" İnformasiya Sistemi ilə bağlı görülmüş işlər açıqlanıb,

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək

Tarix: Bugün, 10:31

 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə noyabrın 26–27-də Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.

Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan- Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə edəcək.

Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR