Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Tarix: 9-06-2020, 11:31

Bu gün 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərziə qəbulu bu gün 23.59-da başa çatacaq.

Mediabiz.az bildirir ki, indiyədək ali və orta ixtisas təhsili müəssisələrinə 89938 nəfər abituriyent sənəd verib. Ərizələrini təsdiq etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
İndiyədək ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 72092 abituriyent elektron qaydada ərizə verib.
Onların çoxu I ixtisas qrupu üzrə sənəd verənlərdir.
Ümumilikdə indiyədək I ixtisas qrupu üzrə 30592, II ixtisas qrupu üzrə 14008, III ixtisas qrupu üzrə 22380, IV ixtisas qrupu üzrə 5112 abituriyent ərizə verib.
Bu günədək ərizə verənlərin 65998-i Azərbaycan, 6094 nəfəri isə rus bölməsi üzrə təhsil almaq istəyir.
V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 56878, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 59805 nəfər təşkil edir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb.
I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə) iştirak edə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR