Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

“Evdən çıxma qadağası nəticə verə bilərdi, ancaq...” - AÇIQLAMA

“Evdən çıxma qadağası nəticə verə bilərdi, ancaq...” - AÇIQLAMA

Tarix: 9-06-2020, 17:09


“İki gün evdən çıxma qadağası öz nəticəsini verə bilərdi, əgər hər kəs ona birmənalı riayət etsəydi...”
Mediabiz.az xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
İki gün evdə qalma qadağasına etiraz edən vətəndaşlarla bağlı məsələyə münasibət bildirən Nabil Seyidov bildirib ki, virusun inkubasiya dövrü var və görülən tədbirlərin nəticəsi iki gün ərzində müəyyən oluna bilməz:
“Bu cür karantin tədbirləri müxtəlif pandemiya dövrlərində tətbiq edilib. Dünya praktikası da bunu göstərir ki, sərt karantin rejimlərində, insanların küçəyə çıxmasına qoyulan qadağalar yoluxma sayının aşağı düşməsinə zəmin yaradır.
Hərdən deyirlər ki, iki gün küçəyə çıxma qadağası qoyulsa da, yoluxma sayı azalmadı. Bu, doğru yanaşma deyil. Çünki hər birimiz bu qaydalara birmənalı şəkildə riayət etməliyik. Ən azı bu ilin sonuna qədər karantin rejimini tətbiq etməliyik.
Cəmi iki gün ərzində küçəyə çıxma qadağasını pozan təxminən iki minə yaxın adamın cərimələnməsi ürəkaçan hal deyil. Çünki biz birlikdə hərəkət etməliyik ki, yoluxma halları maksimum azalsın. Əks təqdirdə görülən tədbirlərin nəticələri də ciddi effekt verə bilməz”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR