Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Sürücülərin NƏZƏRİNƏ: “Masazır dairəsi”nə giriş məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: “Masazır dairəsi”nə giriş məhdudlaşdırılır

Tarix: 11-06-2020, 12:46

Masazır dairəsinə giriş-çıxış məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən xəbərə görə, məhdudlaşdırma Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri ilə əlaqədardır. Hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.
Aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR