Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

Azərbaycanda olma müddəti bitən əcnəbilərin NƏZƏRİNƏ

Azərbaycanda olma müddəti bitən əcnəbilərin NƏZƏRİNƏ

Tarix: 11-06-2020, 16:37

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 iyul 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən verilən məlumatda bildirilib ki, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 iyul 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1 iyul tarixinədək bitəcək əcnəbilərin müraciətləri Xidmət tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30-60 gün müddətinə (istəklərinə uyğun olaraq) uzadılacaq.
Eyni zamanda, müvəqqəti olma müddəti artıq 30 gün uzadılmış və həmin müddəti 1 iyul tarixinədək bitəcək olan əcnəbilərin də müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30 gün müddətinə uzadılacaq.
Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər.
Daha ətraflı məlumat üçün fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR