Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

Azərbaycanda müəmma dolu cinayət - Ölümündən əvvə 10 min dollarını...

Azərbaycanda müəmma dolu cinayət - Ölümündən əvvə 10 min dollarını...

Tarix: 18-06-2020, 09:02

Cari il yanvarın 28-də Hacıqabul rayonunun Muğan kəndi ərazisində Ağdam rayon sakini Adil Kərimov avtomobillə vurulmuş və hadisə yerində ölmüşdür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Kərimovun Qobustan rayon sakini O.Güləliyevin idarə etdiyi “MAN” markalı avtomobillə vurulduğu müəyyən edilib. Yol qəzasının törədərək hadisə yerindən yayınmış O.Güləliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qardaşı A.Kərimov ərizə ilə müraciət edərək hadisə baş verən gün, saat 1 radələrində, avtomobillə vurulmamışdan öncə mərhumun Muğan kəndi ərazisində naməlum şəxslər tərəfindən döyülərək üzərində olan 10 min ABŞ dollarının götürülməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini E.Yusibov müəyyən edilərək saxlanılıb.
E.Yusibov A.Kərimovla Bakıdan Gəncəyə taksi ilə birlikdə getdiklərini, həmin zaman Adilin üzərində 10.000 ABŞ dollar olduğunu bildiyindən Muğan kəndi ərazisindəki yolüstü dayanacaqların birində quldurluq yolu ilə həmin pulu ələ keçirdiyini etiraf edib.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR