Son Xəbər: "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub,

Kitab kitab dalınca: Boltondan sonra Trampı bu dəfə öz qohumu ifşa etməyə hazırlaşır – Daha bir qalmaqal yetişir…

Kitab kitab dalınca: Boltondan sonra Trampı bu dəfə öz qohumu ifşa etməyə hazırlaşır – Daha bir qalmaqal yetişir…

Tarix: 23-06-2020, 15:47


Birləşmiş Ştatlar prezident Donald Trampın qohumu-onun doğma qardaşı qızı 55 yaşlı Merinin kitabının çapdan çıxmasının səbrsizliklə gözləyir.

Virtualaz.org  xəbər verir ki, bu kitabda Trampın barəsində ifşaedici məlumatların yer alacağı gözlənilir.  “Too Much And Never Enough” (“Həddən artıq çox və həmişə çatışmayan”) adlı kitab Tramp ailəsinin üzvləri arasında münasibətlərdən bəhs edir və indi Amerika ideri onun çapdan çıxmasını əngəlləməyə çalışır.

Kitab kitab dalınca: Boltondan sonra Trampı bu dəfə öz qohumu ifşa etməyə hazırlaşır – Daha bir qalmaqal yetişir…

Meri kitabında Trampla qardaşı (Merinin atası) arasında münasibətlərdən və onun ailəsnin üzvləri arasında çoxsaylı münaqişələrdən danışır. Habelə kitabda izah edir ki,“The New York Times” qəzetinin Tramp barədə səs-küylü arşdırmasında həlledici rol oynayıb. Həmin araşdırmaya əsasən Tramp atasının biznesindən vergi sxemlərinin köməyi ilə indiki məzənnə ilə 400 milyon dollar özünə götürüb. Bu araşdırma Pulitser mükafatına layiq görülüb, indi məlum olur ki, Meri qəzetə Trampın vergi bəyannamələrini və ailəsinin digər məxfi sənədlərini təqdim edibmiş.

Qohumu habelə Trampı “dünyanın ən təhlükəli adamı” adlandırır.

Kitab avqust ayınd çapdan çıxacaq, amma Donald Tramp bəyan edib ki, Merinin kitabı dərc etmək hüququ yoxdur. Çünki 2001-ci ildə tərəflər məhkəmə çəkişmələrindən sonra şəxsi məlumatların yayılmamasına dair razılaşma imzalayıbıar. Bildirilir ki, kitabın məzmunu Trampı  və onun digər qardaşını bərk hiddətləndirib. Bununla belə ABŞ prezidentinin mətbuat katibi Keyli Makineni jurnalistlərə bildirib ki, Tramp bu kitabı görməyib və orada yazılanlarla tanış deyil.

Xatırladaq ki, bu günlərdə Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun kitabı ətrafında yaranan qalmaqalla məşğuldur. Keçmiş müşavir öz xatirələrində Trampın barəsində kəskin ifadələr işlədir, onun prezidentliyə layiq olmadığını, qərarlar qəbul edərkən ancaq öz maraqlarını düşündüyünü, beynəlxalq məsələlərdən başı çıxmadığını yazır. Tramp isə bu kitabla bağlı bir neçə dəfə Boltonu təhqir edib, onu “axmaq, kütbeyin” adlandırıb. Kitabda yazılanların “yalan və uydurma” olduğunu bildirib.(Virtualaz.org)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR