Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

BNA avtobusların sayını azaldıb? - RƏSMİ CAVAB

BNA avtobusların sayını azaldıb? - RƏSMİ CAVAB

Tarix: 23-06-2020, 17:07

Bakıda iyunun 21-də karantin rejimi tətbiq olunandan marşrut avtobuslarının gecikməsi və uzun intervallar sərnişinlərin narazılığına səbəb olub. Əksəriyyət karantinlə əlaqədar insan aktivliyinin zəif olmasına görə Bakı Nəqliyyat Agentliyinin də avtobusların sayını azaltdığını düşünür.
BNA-nın mətbuat katibi Mais Ağayev  açıqlamasında marşrut avtobuslarının sayında heç bir azalma olmadığını deyib:
“Sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə gündəlik sərnişin axınında azalma müşahidə olunur. İyunun 22-də 677 mindən artıq sərnişin səfər sayı qeydə alınıb ki, bu da ötən həftənin ilk iş günü ilə müqayisədə 45 faiz azalma deməkdir. Buna baxmayaraq, marşrutlar üzrə gündəlik xəttə çıxan avtobusların sayı olduğu kimi saxlanılıb. Gündəlik olaraq xətlərə 1700-1900 aralığında avtobus çıxarılır. Sərnişin təlabatına müvafiq olaraq, zərurət olan xətlər üzrə əlavə avtobuslar cəlb edilir.
Xəttə çıxan avtobus sayının və avtobuslararası intervalın sərnişin axını və mövcud pandemiya şərtləri nəzərə alınmaqla tənizmlənməsi ilə bağlı daşıyıcılara tapşırıq verilib”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR