Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda işəgötürmə ilə bağlı DƏYİŞİKLİK

Azərbaycanda işəgötürmə ilə bağlı DƏYİŞİKLİK

Tarix: 27-06-2020, 11:32


Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı təkmilləşdirmənin aparılması nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.

Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda yoxdur. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar.

Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.

Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Yəni həmin hissədə əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonuncu deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR