Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Rusiyada koronavirusa qarşı peyvəndin effektivliyi açıqlandı

Rusiyada koronavirusa qarşı peyvəndin effektivliyi açıqlandı

Tarix: 30-06-2020, 15:26

Koronavirusa qarşı Rusiyada hazırlanan peyvəndin üç prototipi sınaqlardan uğurla keçib və immun reaksiya meydana gətirmə qabiliyyəti ilə bağlı effektivliyini göstərib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada “Vektor” mərkəzinin direktoru Rinat Maksyutov bildirib.
“Bunlar əldə edilən nəticələr baxımından ən qabaqcıl dərmanlardır”, - deyə o vurğulayıb.
Hazırda mərkəz yeni nəsil peyvəndlərin bir neçə qrupu üzərində işləyir. Ümumilikdə, prosesə 100-dən çox işçi cəlb olunub.
“Ən əsası, vaksinasiyadan keçənlərin xəstəlikdən müdafiəsini təmin etməkdir. Bu müdafiəni bərqərar edən təhlükəsiz preparat hazırlamaq isə ən böyük çətinliyimizdir”, - deyə Maksyutov sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, Rusiyada peyvəndin sınaqlarına iyunun 18-də başlanılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR