Son Xəbər: Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb,

Azərbaycanda 2 yaşlı körpənin qətli ilə bağlı YENİ MƏLUMAT: “Yaxın qohumdurlar” - YENİLƏNİB

Azərbaycanda 2 yaşlı körpənin qətli ilə bağlı YENİ MƏLUMAT: “Yaxın qohumdurlar” - YENİLƏNİB

Tarix: 3-07-2020, 11:52


Tərtərdə başına kürəklə vurulub öldürülən 2 yaşlı Ömər Ağazadənin qətli ilə bağlı bəzi detallar məlum olub. Hacıqərvənd kənd sakinlərinin Lent.az -a verdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən 32 yaşlı Elmir Hüseynovla Ömərin atası yaxın qohumdurlar. Hadisə baş verən gün də onlar bir yerdə olublar.

“Elmir sakit təbiətli bir gəncdir. Hansısa psixi pozuntusu da yoxdur. Özü də ailəlidir, uşaqları var. Bizim özümüzə də müəmmalıdır ki, o, niyə belə bir hadisə törətsin”.

Kənd sakinlərinin dediyinə görə, Elmirgil və Ağazadələr arasında indiyədək bu və ya digər səbəbdən heç bir düşmənçilik də olmayıb.
Xatırladaq ki, iyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Ömər Ağazadə 3 iyul 2020-ci il tarixdə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
09:36
İyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Ömər Ağazadə 3 iyul 2020-ci il tarixdə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR